Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb

07.09.2024

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar. Onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb. 
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=D-C38LKpJv4

 

 

07.09.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub 07.09.2024
  • Müxtəlif vaxtlarda 6 nəfərə qarşı dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov saxlanılıblar 07.09.2024
  • Yasamal rayonu ərazisində 3 nəfərə qarşı dələduzluq əməlini törətməkdə şübhəli bilinən R.Ağayev saxlanılıb 07.09.2024
  • Dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov saxlanılıblar 07.09.2024
  • Gəncə şəhəri ərazisində bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən V.Həsənov saxlanılıb 07.09.2024
  • Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb 07.09.2024