Yasamal rayonu ərazisində bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən S.Abbasov saxlanılıb
04.09.2024Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 650 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Abbasov saxlanılıb.
Araşdırma aparılır.