Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis tədbirlər keçirib

02.09.2024

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayında keçirilən tədbirlərlə daha 94 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdikləri üçün saxlanılıb. Araşdırmalarla saxlanılan şəxslərdən bir neçəsinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları da müəyyən edilib.

Həmin əcnəbilərə pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və onların mənsub olduqları ölkələrdə yaşayan naməlum şəxslər tərəfindən aldadıldığı aşkar edilib. 

Aşkarlanan hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilib və saxlanılan əcnəbilər aidiyyəti üzrə təhvil veriliblər.

Youtube linki - https://www.youtube.com/watch?v=rujV73flf_k

02.09.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması təmin olunub 02.09.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 02.09.2024
  • Ümumi çəkisi 10,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 02.09.2024
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 02.09.2024
  • İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 02.09.2024
  • Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Hüseynov avtomobillə birgə saxlanılıb 02.09.2024
  • Nəsimi rayonu ərazisində oğurluqda şübhəli bilinən H.Yunusov və Ç.Məmmədov saxlanılıblar 02.09.2024
  • Qəbələ rayon sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən H.Sədullayev saxlanılıb 02.09.2024
  • Gəncə şəhərinin Savalan qəsəbəsi və Cavadxan qəsəbəsi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib 02.09.2024
  • DİN BMCMİ əməkdaşları tərəfindən saxlanılan 3 şəxsdən 35 kq narkotik vasitə aşkarlanıb 02.09.2024
  • Ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis tədbirlər keçirib 02.09.2024
  • Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıblar 02.09.2024