Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
29.08.2024Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 2 tüfəng, 85 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.