Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb

06.08.2024

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar son bir ay ərzində də davam etdirilib. Tədbirlərlə saxlanılan Tehran İsmayılov, Elçin Məmiyev, Yusif Yusifzadə və Məlik Əzimov paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslərdən olublar. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Tədbirlər zamanı saxlanılan digər şəxslərdən isə ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. 
Həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılan Pərviz İbiyevdən isə 1 ədəd "Makarov" tapançası aşkarlanaraq götürülüb. 
Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=SP1ZoC0fGgw

06.08.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub 06.08.2024
  • Ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 06.08.2024
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 06.08.2024
  • Paytaxtın Nərimanov rayonundakı mağazaların birindən kassa aparatını oğurlamağa cəhd edən İ.Quliyev saxlanılıb 06.08.2024
  • Paytaxt sakininə məxsus bir avtomobildən çanta oğurlamaqda şübhəli bilinən R.İsgəndərov saxlanılıb 06.08.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 06.08.2024
  • Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb 06.08.2024