Nəsimi rayonu ərazisində avtomobil təmiri sexində təmir alətini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
29.07.2024Nəsimi rayonu ərazisində avtomobil təmiri sexində işləyən usta 2700 manat dəyərində təmir alətinin oğurlanması ilə bağlı 21-ci Polis Bölməsinə müraciət edib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Səlimov saxlanılıb.Araşdırma aparılır.