Salyan Rayon ərazisində saxlanılan şəhər sakinindən narkotik maddə aşkar olunaraq götürülüb
25.07.2024Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Qasımovdan metamfetamin aşkar olunaraq götürülüb.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 690 qram heroin və elektron tərəzi götürülüb.Araşdırma aparılır.