Novxanı qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakinləri müəyyən olunaraq saxlanılıblar
23.07.2024Novxanı qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən oğurluq olub. Polisə müraciət edən avtoyuma məntəqəsinin icarədarı orada quraşdırılan ödəmə terminalını sındırmaqla 600 manatın oğurlandığını bildirib.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakinləri O.Şahgəldiyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.