Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir
19.07.2024Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.İyulun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd tüfəng təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd tüfəng aşkar edilərək götürülüb.