Bakı şəhər sakini olan qadına qarşı hədə-qorxu ilə pul tələb etmədə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
18.07.2024Bakı şəhər sakini olan qadın bir nəfərin onun görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını alması barədə polisə müraciət edib.Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən T.Nəcəfov müəyyən olunaraq saxlanılıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.