Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dörd nəfərin bank kartlarından müxtəlif vaxtlarda pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

17.07.2024

Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlanıb. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb. 
Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pullarının oğurlanması barədə məlumatlar daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıblar. 
Faktlarla bağlı araşdırmalar aparılır. 

17.07.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub 17.07.2024
  • Dörd nəfərin bank kartlarından müxtəlif vaxtlarda pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 17.07.2024
  • Sumqayıt Şəhər və Abşeron Rayon ərazisində dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 17.07.2024
  • Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb 17.07.2024
  • Maştağa qəsəbəsində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb 17.07.2024
  • Yasamal rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 17.07.2024
  • Abşeron Rayon ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 17.07.2024
  • Ağsu Rayon ərazisindən kanalizasiya örtük qapağını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb 17.07.2024
  • İsmayıllı Rayon Mican kənd sakininə məxsus həyətyanı sahədən çətənə kolu və çətənə şitili aşkar olunaraq götürülüb 17.07.2024
  • Şirvan Şəhər ərazisindən əvvəllər məhkum olunmuş şəxsə məxsus həyətyanı sahədən çətənə kolu aşkar olunaraq götürülüb 17.07.2024
  • Göyçay Rayon ərazisində əvvəllər məhkum olunmuş şəxsə məxsus həyətyanı sahədən çətənə kolu aşkar olunaraq götürülüb 17.07.2024
  • Ümumi çəkisi 48,3 kiloqrama yaxın narkotik vasitə və 297 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 17.07.2024
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 17.07.2024
  • İtkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 17.07.2024
  • DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxlayıb 17.07.2024