Bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən A.Kərimov saxlanılıb
16.07.2024Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən A.Kərimov saxlanılıb.
Onun daha bir nəfərin mobil telefonunu, Şam adlı şəxslə birlikdə digər bir nəfərin də içərisində 400 manat olan pulqabı və mobil telefonunu oğurlaması da müəyyən olunub.
Davam etdirilən tədbirlərlə Ş.Rejerov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.