Sumqayıt Şəhər ərazisində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
15.07.2024Sumqayıt şəhər sakini olan 2 nəfər üzləşdikləri dələduzluqla bağlı polisə müraciət edib. Onlardan biri aldadılaraq 3500 manatının alınması, digəri isə onu aldadan şəxsin hesabına 4250 manat pul ödətdirdiyini bildirib.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən E.Bəşirov və S.Bağırlı müəyyən olunaraq saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.