Sahil qəsəbəsi ərazisində avtoyuma məntəqələrinin birindən oğurluq etməkdə şübhəli bilinən P.Vahabov saxlanılıb
14.07.2024Sahil qəsəbəsi ərazisində avtoyuma məntəqələrinin birindən 2000 manat dəyərində yuyucu aparat, naqil və inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən P.Vahabov saxlanılıb.
Araşdırma aparılır.