Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə aşkarlanıb

03.07.2024

Səbail Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəşad Şahbazov, 1992-ci il təvəllüdlü Ramik Babayev, sonuncunun tanışı 1993-cü il təvəllüdlü Taleh Məmmədyarlı, 2001-ci il təvəllüdlü Xəyal Məlikov və 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqram narkotik vasitə marixuana, heroin, tiryək və 35 ədəd ekstazi həbi aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdilir.

Youtube linki - https://www.youtube.com/watch?v=S-sjmFzgZAU

 

03.07.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub 03.07.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb 03.07.2024
  • Ümumi çəkisi 2,3 kiloqramdan artıq narkotik vasitə və 45 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 03.07.2024
  • Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib 03.07.2024
  • İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 03.07.2024
  • Binəqədi rayonu ərazisində yerləşən mağazaların birində satıcının çantasından oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb 03.07.2024
  • Səbail rayonu ərazisində yerləşən bankomatdan bir nəfərin 551 manatını oğurlamaqda şübhəli bilinən H.Məmmədov saxlanılıb 03.07.2024
  • Yasamal rayonu ərazisində yerləşən evlərin birindən noutbuk oğurlamaqda şübhəli bilinən E.Hüseynzadə saxlanılıb 03.07.2024
  • Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə aşkarlanıb 03.07.2024