Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yeni Günəşlidə narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram  tiryək aşkarlanıb

01.07.2024

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram  tiryək aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.
Bundan başqa 33-cü PB əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlərlə Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd  “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər.  
Qeyd edək ki, 33-cü PB əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.

Youtube linki - https://www.youtube.com/watch?v=ciBQdeHugSc

 

01.07.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub 01.07.2024
  • Bir nəfərin quldurluq yolu ilə pulunu talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 01.07.2024
  • Bakı şəhər sakini olan 2 nəfərin bank kartlarından pullarını oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb 01.07.2024
  • Sumqayıt şəhər sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb 01.07.2024
  • Qanunsuz saxlanılan odlu silahlar aşkar edilərək götürülüb 01.07.2024
  • Ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 01.07.2024
  • İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 01.07.2024
  • Yeni Günəşlidə narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram  tiryək aşkarlanıb 01.07.2024