Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunu dələduzluq yolu ilə alımaqda, bir nəfəri isə aldadaraq adına 6000 manat kredit götürməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
12.06.2024Ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit götürülməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Hüseynov, F.Qəşəmov və E.Qaragözov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.