Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıblar

07.06.2024

Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon, və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub. Hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyən edilib. 
Qeyd edək ki, bu şəxs əvəllər də oğurluq etdiyi üçün məhkum olunub və bu ilin fevralında azadlığa buraxılıb. 
İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir. 
Qeyd olunan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=Op_XZsqusdg

 

07.06.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 07.06.2024
  • İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir 07.06.2024
  • İyunun  7-də polis itkin düşmüş kimi axtarışda olan 6 nəfəri tapıb  07.06.2024
  • Üç nəfərin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb 07.06.2024
  • Bir nəfəri aldadıb hesabına 40 manat pul ödətdirməkdə şübhəli bilinən A.Eyvazlı saxlanılıb 07.06.2024
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən oğurluq etməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb 07.06.2024
  • Bir nəfərin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb 07.06.2024
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir neçə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən S.Hüseynov saxlanılıb 07.06.2024
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən M.Həbibli saxlanılıb 07.06.2024
  • Ş.Əliyevdən 430 qram marixuana aşkar olunaraq götürülüb 07.06.2024
  • Qax rayonunun Fıstıqlı kəndi ərazisində yabanı halda bitmiş 1,8 tondan artıq çəkidə çətənə kolları aşkar edilərək məhv edilib 07.06.2024
  • Ağdaş rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib 07.06.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 07.06.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 07.06.2024
  • İyunun 7-də ümumi çəkisi 27 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 07.06.2024
  • İyunun 7-də dələduzluğa görə axtarışda olan 2 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib 07.06.2024
  • Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıblar 07.06.2024