Quldurluq əməlini törətməkdə şübhəli bilinən S.İsmayılov müəyyən olunaraq saxlanılıb
05.06.2024İyunun 5-də saat 03 radələrində Qala qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyüb 35 manat pulunu, 2 ədəd mobil telefonunu və bank kartını əlindən alıb.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.İsmayılov müəyyən olunaraq saxlanılıb.
S.İsmayılovun hadisəni törətdikdən sonra zərərçəkənin bank kartı ilə alış-veriş etməsi də müəyyən olunub.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.