Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb

01.06.2024

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdiyi sonuncu əməliyyat zamanı 60 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Abşeron rayonu ərazisində keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 1994-cü il təvəllüdlü Ülvi Məmmədov saxlanılıb. Ondan 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginəşdirilmiş marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin İran vətəndaşı "Hacı" adlı şəxs tərəfindən Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə göndərildiyini və Sabunçu rayonunda əldə etdiyini bildirib.
Ü.Məmmədovun narkotiklərin qalan hissəsini Abşeron rayonu ərazisində gizlətdiyini qeyd edib. Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-texniki tədbirlər zamanı narkotikləri gizlədilən yerdən götürən 2001-ci il təvəllüdlü İlkin Müseyibov da qısa zamanda tutulub. Bu şəxsdən narkotiklərin qalan hissəsi -  28 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. 
Hər iki şəxs narkotikləri maddi qaazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Saxlanılanlar ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=z0v063h_eNQ

 

01.06.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub 01.06.2024
  • Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfər şəxsin bank kartlarından pullarını oğurlamaqda şübhəli bilinən N.Məmmədova saxlanılıb 01.06.2024
  • Müxtəlif vaxtlarda 2 nəfər şəxsin bank kartlarından pul oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb 01.06.2024
  • Paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Z.Məmmədov saxlanılıb 01.06.2024
  • Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən mağazaların birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb 01.06.2024
  • Bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən R.Adışov saxlanılıb 01.06.2024
  • Ağsu rayonunun Rəhimli kəndində 2 həyətdən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb 01.06.2024
  • Ölkəyə 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb 01.06.2024