Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal və Nizami rayonları ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

23.05.2024

Mayın 22-də gecə saatlarında Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb.  
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən T.Babayev saxlanılıb. 
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır. 

23.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub 23.05.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 23.05.2024
  • Mayın 23-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 23.05.2024
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib 23.05.2024
  • Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 3 nəfəri tapıb 23.05.2024
  • Kürdəmir rayon sakini olan bir şəxsi aldadaraq hesabına 6000 manat pul ödətdirməkdə şübhəli bilinən M.İlqarlı saxlanılıb 23.05.2024
  • Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini olan bir şəxsi aldadıb hesabına 800 manat pul ödətdirməkdə şübhəli bilinən N.Mehdiyev saxlanılıb 23.05.2024
  • Müxtəlif vaxtlarda bir neçə şəxsə qarşı dələduzluq törətməkdə şübhəli bilinən E.Şirinov, A.Kərimov və M.Quliyev saxlanılıblar 23.05.2024
  • Müxtəlif vaxtlarda Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən iki marketdən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən O.Əliyev və A.Həşimov saxlanılıblar 23.05.2024
  • Yasamal və Nizami rayonları ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar 23.05.2024
  • Gəncə şəhəri ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.İbrahimov saxlanılıb 23.05.2024
  • Bakıda saxlanılan iki narkokuryerdən 18 kiloqram marixuana aşkarlanıb 23.05.2024