Bir nəfəri aldadıb hesabına 150 manat pul ödətməkdə, digərinin isə bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən iki şəxs müəyyən olunub
21.05.2024Polis əməkdaşlarının mayın 21-də keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfər şəxsi aldadıb hesabına 150 manat pul ödətməkdə, Sumqayıt şəhər sakini olan bir nəfərin isə bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən iki nəfər müəyyən olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bir daha bank kartı istifadəçilərini diqqətli olmağa çağırır, hesab məlumatlarınızı naməlum şəxslərlə paylaşmamağı tövsiyə edirik.