Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub

21.05.2024

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib. Tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=xQ9FS_51j88

 

21.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub 21.05.2024
  • Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 21.05.2024
  • Ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 21.05.2024
  • Mayın 21-də dələduzluğa görə axtarışda olan 6 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib 21.05.2024
  • İtkin düşmüş 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər 21.05.2024
  • Bir nəfəri aldadıb hesabına 150 manat pul ödətməkdə, digərinin isə bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən iki şəxs müəyyən olunub 21.05.2024
  • Nizami rayonu ərazisindən “Runna” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Maksutzadə avtomobillə birgə saxlanılıb 21.05.2024
  • Bir qadını aldadaraq hesabına 800 manat pul ödətməkdə şübhəli bilinən M.Miriyev saxlanılıb 21.05.2024
  • Müxtəlif vaxtlarda iki nəfərin mobil telefonlarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən F.Soltanov saxlanılıb 21.05.2024
  • Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub 21.05.2024
  • Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı altında dələduzluq edərək aldadan Pakistanlı saxlanılıb 21.05.2024
  • BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb 21.05.2024