Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb

10.05.2024

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhv etmə və oğurluqda şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəlüldlü Əli Səfərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. 
Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 
Faktlarla bağlı Suraxanı RPİ-nin  32-Polis Bölməsində  araşdırmalar davam etdirilir. 
Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər. 

Youtube linki - https://www.youtube.com/watch?v=lzr5WpyTpGA

 

10.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub 10.05.2024
  • İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir 10.05.2024
  • Səbail rayonu ərazisində mağazaların birində satıcının pulqabısını oğurlamaqda şübhəli bilinən Z.Şirinov saxlanılıb 10.05.2024
  • Nizami rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən İ.Quliyev saxlanılıb 10.05.2024
  • Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb 10.05.2024
  • Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb 10.05.2024