Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən N.Abasov və N.Sadiqi müəyyən olunaraq saxlanılıblar
06.05.2024Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfər şəxsə qarşı quldurluq əməli törədilməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla həmin şəxsin döyülməsi, kəsici alətlə xəsarət yetirilərək mobil telefonunun talanması, daha sonra telefonundakı tətbiq vasitəsilə 367 manat dəyərində alış-veriş edilməsi məlum olub.
Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən N.Abasov və N.Sadiqi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.