Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən daş kəsən mişarları oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb
02.05.2024Aprelin 29-na keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev, M.Quliyev, O.Əzizov və R.İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.