Nizami rayonu ərazisində mənzillərin birindən 60000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
28.04.2024Nizami rayonu ərazisində mənzillərin birindən 60000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.
Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.