Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən tikinti materialları və elektrik naqili oğurlamaqda şübhəli bilinən N.Ağayev saxlanılıb
22.04.2024Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən ümumi dəyəri 2600 manatdan artıq olan tikinti materialları və elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.