DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakının 2 rayonunda internet və rabitə xətlərini oğurlayanlar saxlanılıblar

08.04.2024

Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən E.Mirzəyev saxlanılıb. 
Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən R.Cəfərov Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. Arşadırmalar davam etdirilir.

08.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub 08.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında silah və sursatlar təhvil götürülüb  08.04.2024
  • Qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb 08.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 08.04.2024
  • Aprelin 8-də ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 08.04.2024
  • Kiber üsullarla kartlardan 93 min manat talayaraq elektron hesabına köçürən şəxs saxlanılıb 08.04.2024
  • Bakının 2 rayonunda internet və rabitə xətlərini oğurlayanlar saxlanılıblar 08.04.2024
  • Ramana qəsəbəsində yerləşən evlərin birinin həyətindən dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən P.Quliyev saxlanılıb 08.04.2024
  • Ölkəyə silikon qablarda gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb 08.04.2024
  • Paytaxtda saxlanılan daha 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub 08.04.2024