Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
02.04.2024Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.