Gün ərzində ölkə ərazisində qeydə alınan 95 cinayətin açılması təmin olunub
28.03.2024Martın 28-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 269, o cümlədən borclu şəxs qismində axtarışda olan 217 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 39 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.