Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunda üzərlərində “Makarov” və 3 kiloqram narkotik vasitə olan şəxslər saxlanılıblar

01.03.2024

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb. Onun üzərindən 3 kiloqram marixuana aşkar edilib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkar edilib. 
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.

Youtube linki - https://www.youtube.com/watch?v=Q6tAX67vr_E

 

01.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub 01.03.2024
  • Yasamalda 3200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanıldı 01.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  01.03.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir  01.03.2024
  • Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb 01.03.2024
  • Ümumi çəkisi 11,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 01.03.2024
  • Sumqayıt şəhər sakini olan bir qadının bank kartından pul oğurlamaqda şübhəli bilinən B.Paşayev saxlanılıb 01.03.2024
  • Lökbatan qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluğa cəhd göstərməkdə şübhəli bilinən B.Zeynalov saxlanılıb 01.03.2024
  • Nərimanov rayonunda üzərlərində “Makarov” və 3 kiloqram narkotik vasitə olan şəxslər saxlanılıblar 01.03.2024