Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İranlı narkotacirlə sosial şəbəkələrdə əlaqə yaradan daha bir narkokuryer Yasamal rayonunda saxlanılıb

27.02.2024

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb. Həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib. S. Nəbiyev marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırmaların gedişi zamanı saxlanılan şəxsin iranlı narkotacirlə əlaqələri, onun dediyi ünvanlarda narkotik vasitələri yerləşdirməyi sübuta yetirilib. S. Nəbiyev barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=qmvEfCMV2EI

 

 

27.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub 27.02.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  27.02.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir  27.02.2024
  • Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb 27.02.2024
  • Ümumi çəkisi 30,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 27.02.2024
  • Səbail rayonu ərazisində saxlanılan N.Xudiyevdən 3 kiloqramdan artıq marixuana götürülüb 27.02.2024
  • Suraxanı rayonunun Əmircan qəsəbəsində bir evdən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Fərzəliyev saxlanılıb 27.02.2024
  • Abşeron rayonu ərazisində saxlanılan Ə.Alışovdan narkotik vasitələr və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb 27.02.2024
  • Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Seyidov saxlanılıb 27.02.2024
  • İranlı narkotacirlə sosial şəbəkələrdə əlaqə yaradan daha bir narkokuryer Yasamal rayonunda saxlanılıb 27.02.2024
  • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib 27.02.2024