Oğurluğa görə axtarışda olan X.Səfərov saxlanılıb
26.02.2024Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğa görə axtarışda olan Xəyal Səfərov saxlanılıb.
Araşdırmalarla onun müxtəlif vaxtlarda Pirşağı qəsəbəsi ərazisində iki evdən ümumilikdə 1200 manat pul, 4700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.