Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
22.02.2024Fevralın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 tapança, 5 ədəd qumbara, 5 alışdırıcı, 11 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 218 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.