Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda axtarışda olan silahlı şəxs saxlanılıb

20.02.2024

Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. 
Həmçinin, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Youtube linki - https://www.youtube.com/watch?v=lxPJ-E8x1KI

 

20.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub 20.02.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  20.02.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 20.02.2024
  • Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb 20.02.2024
  • Ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd metadon həbi aşkar olunaraq götürülüb 20.02.2024
  • Hövsan qəsəbəsi bağlar sahəsində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə saxlanılıblar 20.02.2024
  • Nizami rayonu ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən T.Məmmədov motosikletlə saxlanılıb 20.02.2024
  • Binəqədi rayonu ərazisində yerləşən zavodlardan birinin həyətindən oğurluq etməkdə şübhəli bilinən A.Alıyev saxlanılıb 20.02.2024
  • Abşeron rayonunun Xırdalan şəhəri ərazisində mağazaların birindən 18460 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb 20.02.2024
  • Sabunçu rayonunda axtarışda olan silahlı şəxs saxlanılıb 20.02.2024