Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
19.02.2024Fevralın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 5 ədəd qumbara, 2 alışdırıcı, 6 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 530 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.