Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda silah və narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıblar

19.02.2024

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.
Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin  qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan  heroin aşkar edilərək götürülüb. 
Həmçinin, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb. 

Youtube linki - https://www.youtube.com/watch?v=onYmp58NgGg

 

19.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub 19.02.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  19.02.2024
  • Ümumi çəkisi 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 19.02.2024
  • Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb 19.02.2024
  • Bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən V.Nəsibov və R.Heydərov saxlanılıblar 19.02.2024
  • Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən tikinti materialı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 19.02.2024
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində lotoreya satışı məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən D.Abdullayev saxlanılıb 19.02.2024
  • Nəsimi rayonunda silah və narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıblar 19.02.2024