Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
13.02.2024Fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 83 ədəd patron təhvil götürüblər.