Müxtəlif vaxtlarda 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən İ.Hüseynov saxlanılıb
11.02.2024Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) axtarışda olan əvvəllər məhkum olunmuş İ.Hüseynov saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.