Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisində yerləşən köşklərdən birinin satıcısına qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

10.02.2024

Fevralın 10-da Sumqayıt şəhəri ərazisində yerləşən köşklərin birində satıcıya zor tətbiq etməklə kassadan 500 manat pul və 1000 manat dəyərində tütün məmulatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev, R.Əliyev və qardaşı V.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. 

10.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub 10.02.2024
  • Sumqayıt şəhəri ərazisində yerləşən köşklərdən birinin satıcısına qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 10.02.2024
  • Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən şirkətlərin birinin həyətindən tikinti materialı oğurlamaqda şübhəli bilinən İ.Qocayev saxlanılıb 10.02.2024