Sumqayıt şəhəri ərazisində yerləşən köşklərdən birinin satıcısına qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
10.02.2024Fevralın 10-da Sumqayıt şəhəri ərazisində yerləşən köşklərin birində satıcıya zor tətbiq etməklə kassadan 500 manat pul və 1000 manat dəyərində tütün məmulatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev, R.Əliyev və qardaşı V.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.