Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lökbatan qəsəbəsi ərazisində avtomobilindəki sərnişinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Quluzadə saxlanılıb

03.02.2024

Fevralın 3-də səhər saatlarında Lökbatan qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan sərnişinin sürücünün içərisində 480 manat pulu və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. 
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Quluzadə müəyyən olunaraq saxlanılıb.  
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. 

 

03.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 03.02.2024
  • Bakı şəhər sakini İ.Ağayevdən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb 03.02.2024
  • Lökbatan qəsəbəsi ərazisində avtomobilindəki sərnişinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Quluzadə saxlanılıb 03.02.2024
  • “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və  12 min 791 ədəd psixotrop tərkibli həbi ələ keçirilib 03.02.2024