Ümumi çəkisi 44 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
01.02.2024Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də ümumi çəkisi 44 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,8 kiloqramdan artıq heroin, 24,9 kiloqramdan çox marixuana, 7,5 kiloqramdan çox metamfetamin, həmçinin 350 dəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.