Quldurluq əməlində şübhəli bilinən axtarışda olan şəxs saxlanılıb
01.02.2024Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 1-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əlizadə saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.