Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd “Makarov” tapançası aşkar edilib

01.02.2024

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən 3 ədəd “F-1” qumbarası aşkar edilib.  
Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan 3 ədəd “Kalaşnikov” markalı  avtomat və 3 ədəd patron darağı aşkar edilib.
 Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə  özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da həmçinin əməliyyat yolu ilə saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər 3 şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=e_ug_-5CUxo 

 

01.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 101 cinayətin açılması təmin olunub 01.02.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  01.02.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 01.02.2024
  • Ümumi çəkisi 44 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb 01.02.2024
  • Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb 01.02.2024
  • Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 01.02.2024
  • Paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 01.02.2024
  • Quldurluq əməlində şübhəli bilinən axtarışda olan şəxs saxlanılıb  01.02.2024
  • Masallı rayon sakini O.Məmmədovdan narkotik vasitələr aşkar olunaraq götürülüb 01.02.2024
  • Bərdə rayon sakini İ.Bəylərlidən 620 qram heroin götürülüb 01.02.2024
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki evlərin birindən 2 ədəd kondisioner və naqil oğurlamaqda şübhəli bilinən T.Tağıyev saxlanılıb 01.02.2024
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində bir mağazadan və bir kafedən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hacıyev saxlanılıb 01.02.2024
  • Sabunçu rayonunun Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 01.02.2024
  • Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən bazarda bir nəfərin 200 manat dəyərində məhsulunu oğurlamaqda şübhəli bilinən D.Pirverdiyev saxlanılıb 01.02.2024
  • Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20.000 manat pul və 7000 manat dəyərində qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.İbrahimov saxlanılıb 01.02.2024
  • Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd “Makarov” tapançası aşkar edilib 01.02.2024
  • Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib  01.02.2024