Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
31.01.2024Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.