Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir

31.01.2024

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Həmin şəxsdən də 1 ədəd “Makarov” tapançası, sandıqça və 4 ədəd patron aşkar olunub. N.Əliyev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər. 
Bundan başqa Şöbə əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Elçin Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar. 
Həmçinin Şöbə əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı rayon sakini olan ümumilikdə 9 nəfər özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər. 

Youtube linki - https://www.youtube.com/watch?v=2Rukpdh_Mc0

 

 

31.01.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub 31.01.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  31.01.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 31.01.2024
  • Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb 31.01.2024
  • Xırdalan şəhər sakini E.Rəhimovdan “AK” markalı avtomat silahı və 1 ədəd patron darağı götürülüb 31.01.2024
  • Sumqayıt şəhəri ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb 31.01.2024
  • Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir 31.01.2024