Ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
30.01.2024Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana və 350 qramdan artıq metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.