Gün ərzində ölkə ərazisində qeydə alınan 130 cinayətin açılması təmin olunub
25.01.2024Yanvarın 25-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 143, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.